Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi.
== Toponimikası ==
Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir.
Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır) görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur.
Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır.
== İstinadlar ==
== Xarici keçidlər ==
armenianvandalism.